7 Sentyabr 2016 16:55
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsini izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 846 müşahidəçi qeydiyyatdan keçib”.

Teleqraf.com xəbər verir ki, bu sözləri MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda çıxışı zamanı bildirib.

Məzahir Pənahovun sözlərinə görə, MSK-da qeydə alınanlardan 6 nəfəri MDB Parlamentlərarası Assambelyasının Şurasının Katibliyini təmsil edir.

Məzahir Pənahov deyib ki, dairə seçki komissiyalarında (DSK) isə 37429 müşahidəçi qeydiyyata alınıb: “Onlardan 22481 nəfəri öz təşəbbüsü il qeydiyyatdan keçib. 881 nəfəri QHT-nin müşahidəçisidir. “Yeni Azərbaycan” təşviqat qrupunun 4410, “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun 3024, “Bələdiyyə” təşviqat qrupunun 4577 müşahidəçisi qeydiyyatdan keçib. Qalan müşahidəçilər siyasi partiya təmsilçiləridir”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər