9 Sentyabr 2016 16:07
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Milli Şuranın mitinqində iştirak etməyəcəyik. Milli Şuraya öz mitinqində uğurlar diləyirik, lakin özümüz bu aksiyada iştirak etməyəcəyik”.

Bunu Teleqraf.com-a Liberal Partiyanın sədri Əvəz Temirxan deyib. O, bildirib ki, 11 sentyabr mitinqi ilə bağlı sədri olduğu partiyanın hər hansı bir qərarı yoxdur: “Üzvlərimiz isə sərbəstdir. Gedə də, getməyə də bilərlər. Bu onların öz işidir”.

“Lalə Şövkət mitinqdə iştirak edə bilərmi” sualına gəldikdə Əvəz Temirxan bir daha bəyan edib ki, onların belə bir niyyəti yoxdur: “Bizim aksiyaya qatılmaqla bağlı qərarımız yoxdur, amma onlara uğurlar arzulayırıq”.

ALP sədri Müsavat Partiyasının sentyabrın 18-də keçirəcəyi mitinqə də qatılmayacaqlarını ifadə edib: “Onlara da uğurlar diləyirik. Mitinqlərdə iştirak etməyəcəyik”.

Cabir


Müəllif:

Oxşar xəbərlər