15 Sentyabr 2016 18:41
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva sentyabrın 26-da keçiriləcək referendumdan danışıb.

Teleqraf.com-un məlumatına görə, N.Əliyeva bildirib ki, YAP-ın qadın üzvləri referendumla əlaqədar təbliğat prosesində fəal iştirak edir. Onun sözlərinə görə, “Yeni Azərbaycan” təşviqat qrupu ölkənin bütün ərazisində aktiv kampaniya aparır. Rektor təşviqat qrupunun tərkibində qadınların fəal təmsil olunduğunu söyləyib: “YAP Qadınlar Şurası bütün seçkilər zamanı müxtəlif layihələrlə çıxış edir. Bu baxımdan, təşkilatımız sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar da müxtəlif tədbirlər keçirir. Artıq qadın seçicilərlə xeyli görüşlər keçirilib. Biz bütün bölgələrdə qadınların referendumda iştirak etməsi üçün təbliğat işləri aparır, Konstitusiya dəyişikliklərinin mahiyyətini onlara izah edirik. Bu dəyişikliklər milli maraqlarımıza, o cümlədən hər bir vətəndaşın mənafeyinə uyğundur. İnanırıq ki, qadın seçicilərimiz də referendumda aktiv iştirak edəcək”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər