24 Sentyabr 2016 11:34
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – referendumla əlaqədar ölkəmizin Kanadadakı səfirliyində 17 saylı Yasamal 3-cü seçki dairəsinin nəzdində 40 saylı seçki məntəqəsi yaradılıb.

Azərbaycanın Kanadadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, məntəqədə vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.

Kanadada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik tərəfindən vətəndaşlarımıza bildiriş göndərilib və telefonla ətraflı izahatlar verilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər