22 Aprel 2014 16:15
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Kamboca Krallığının Baş naziri Hun Senin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Spiker görüşün Azərbaycanla Kamboca arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünə təsadüf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Kambocada Azərbaycanın səfiri fəaliyyət göstərir, bu günlərdə isə Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması nəzərdə tutulub. Qeyd olunub ki, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir və buradakı iqtisadi potensialın 80 faizi Azərbaycanın payına düşür.

Milli Məclisin sədri söyləyib ki, Azərbaycan Kamboca ilə bütün sahələrdə əməkdaşlığa önəm verir. Bunun üçün iki ölkə arasında bir sıra vacib sənədlərin imzalanmasına hazırlıq gedir.

Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən və Azərbaycanda ilk dəfə 32 il əvvəl olduğunu deyən Hun Sen iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinin qeyd olunduğu il yenidən ölkəmizə gəlməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Kambocanın Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyən qonaq iki ölkə arasında investisiya qoyuluşu ilə bağlı imzalanması nəzərdə tutulan sənədin əhəmiyyətindən danışıb. Hun Sen Kambocada azərbaycanlı iş adamlarının onların ölkəsinə investisiya yatırmasında maraqlı olduqlarını və neft-qaz mütəxəssislərinin hazırlanmasında ölkəmizin təcrübəsini öyrənmək istədiklərini diqqətə çatdırdı.

Nemət


Müəllif:

Oxşar xəbərlər