“Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən insan itkisinə görə təəssüflənirik və başsağlığı diləyirik”.
Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması nəticəsində Azərbaycan əsgərinin həlak olmasına münasibət bildirərkən deyib.
“Biz tərəfləri atəşkəsə hörmət etməyə, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Bu kimi addımlar həllə apara biləcək danışıqlar üçün şərait yaratmaq baxımından çox vacibdir”, - deyə diplomat bildirib.