Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezi partiyanın mənzil-qərargahında qəbul edib.
YAP-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Fransa arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Ə.Əhmədov qeyd edib ki, üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək. Öz növbəsində, xanım O.Buşez Fransanın regiondakı əsas tərəfdaşlarından biri olan Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov görüşdə iştirak edib.
Səxavət