14 Oktyabr 2016 13:25
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

“1988-1994-cü illərdə 18 min şəhidimiz olub. Onlardan 4600 nəfəri evli olub, artıq onların uşaqlarının yaşları 18-i keçib. Təəssüf edirəm ki, köçkünlərin uşaqlarının statusları olsa da, şəhid övladlarının statusu yoxdur”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, şəhid övladlarına dövlətdən ayrılan yardım azdır: “Əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı prezidentin sərəncamı var. Sərəncam əsasında 2018-ci ilədək bu yöndə olan problemlər aradan qaldırılmalıdır, bunun üçün yerli icra hakimiyyəti orqanları tərəfindən torpaqlar ayrılmalıdır. Elə şəhid ailələri var ki, 18 ildən artıqdır, kirayələrdə yaşayırlar. Bunlardan heç kimin xəbəri yoxdur. Prezidentin Ehtiyat Fondundan bu məsələ üçün iki dəfə 10 milyon manat pul ayrılıb, bir dəfə də Nazirlər Kabineti tərəfindən 20 milyon manat pul ayrılıb. Ümümumilikdə 40 milyon manat bu problemin həlli üçün maddi vəsait olmalıdır. Ancaq hələ də çoxlu sayda şəhid ailələri var ki, mənzillərlə təmin olunmayıblar. Müvafiq qurumlar prezidentin sərəncamını, bu yöndə olan göstərişlərini yerinə yetirməlidirlər”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər