Oktyabrın 23-24-də Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası keçiriləcək.
Report İRNA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
İki gün davam edəcək iclasdan sonra Birgə Bəyannamənin qəbul edilməsi gözlənilir.