9 Noyabr 2016 11:45
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-da hər ştatda səsvermə, mübarizə başa-baş getdi. Seçkidə, demokratiyada hər bir səsin vacibliyi bir daha təsdiqini tapdı”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ-da prezident seçkilərinin nəticələrinə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Robert Sekuta əlavə edib ki, namizədlər gələcək siyasi mövqeyini qətiləşdirməyib. Diplomat yeni administrasiyanın siyasətinin necə olacağı barədə bir fikir söyləyə bilməyəcəyini qeyd edib: “Prezident Obama yanvarın 10-dək öz səlahiyyətini davam etdirəcək”.

R.Sekuta bildirib ki, seçki prosesi yekunlaşmayıb, səslərin sayılması davam edir: “Hillari Klintonun nümayəndəsi artıq tərəfdarlarını evlərinə qayıtmağa çağırsa da, seçki sistemimizin formatına əsasən ABŞ-da, adətən, namizədlərdən biri qələbə münasibəti ilə digərini təbrik edir. Hələ bunun şahidi olmamışıq. Ona görə də seçkinin qalibi barədə danışmaq tez olardı”.

Diplomatın sözlərinə görə, namizədlər seçkiöncəsi kampaniya çərçivəsində platformaları haqda məlumat versə də, hakimiyyətə gəldikdən sonra yaranmış faktorlar öz çıxışlarında dəyişikliklər etməyə vadar edir: “Kim prezident seçiləcəksə, fəaliyyəti çərçivəsində xarici siyasətlərini planlaşdıracaqlar. Qeyd etdiyim kimi seçki hələ yekunlaşmayıb”.

Əvvəlki prezidentlərin dövründə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin yarandığını deyən səfir yeni prezidentin dövründə də Azərbaycanla münasibətlərdə iqtisadiyyat, enerji və demokratiya sahəsində prinsiplərin önəmli olacağını və bu prinsiplərin dəyişməyəcəyinə inandığını bildirib: “25 ildir münasibətlərimizin yüksələn xətlə davam etməsi özü göstəricidir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər