14 Noyabr 2016 18:57
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı Şurası tərəfindən Azərbaycanla hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federiko Moqeriniyə mandat verilib. Avropa İttifaqı tərəfindən Azərbaycanla hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətdə danışıqların aparılması üçün mandatın verilməsini alqışlayır və təqdir edirik”.

Teleqraf.com-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov ötən ilin mayın 22-də Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa zirvə toplantısında iştirakı çərçivəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Hanla görüşüb, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim edib və Azərbaycanın bu müstəvidə Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb: “Hesab edirik ki, yeni sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər