Noyabrın 15-17-də Almaniya müdafiə nazirliyində Almaniya müdafiə nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin təmsilçiləri və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib.
Azərbaycanın Almaniyadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib.
2016-cı ilin nəticələri və ikitərəfli əməkdaşlıq proqramının nailiyyətləri ümumiləşdirilib, 2017-ci il üçün ikitərəfli əməkdaşlıq proqramının layihəsi tərtib olunub.
Tərəflər ikitərəfli əməkdaşlıq və hərbi təhsil sahəsində Azərbaycan-Almaniya birgə fəaliyyətini yüksək qiymətləndiriblər.