22 Noyabr 2016 21:12
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri planlaşdırılır. Ermənistandan sonra İran prezidentinin Qazaxıstan və Qırğızıstana səfər edəcəyi gözlənilir.

Teleqraf.com-un məlumatına görə, H.Ruhaninin Ermənistana səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, rəsmi İrəvan səfərin uğurlu keçməsi, müxtəlif sazişlər imzalanması üçün əlindən gələn hər şeyi edəcək. O qeyd edib ki, Ermənistan saytlarını izlədikdə bu nəticəyə gəlib: “İran prezidenti iki dəfə Azərbaycana rəsmi səfər edib, Ermənistanda isə hələ bir dəfə də olmayıb. Tehranda anlayırlar ki, Həsən Ruhaninin Ermənistana səfəri Azərbaycanda haqlı narazılıq doğuracaq. Məni dəfələrlə iranlı diplomatlara demişəm ki, Tehran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə Ermənistan siyasətinə göz gəzdirməlidir. Onların ənənəvi cavabı var: “Siz də İsraillə sıx əməkdaşlıq edirsiniz”. Bu fikri ortaya qoyduğum arqumentlərlə heç zaman qəbul etmədim”.

E.Şahinoğlu qeyd edib ki, “Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etsə, İran da Ermənistanla əməkdaşlıqdan imtina edəcəkmi” sualına iranlı diplomatlar konkret cavab vermirlər: “Deyirlər ki, İran bütün qonşularla, o cümlədən Ermənistanla normal münasibətlərə malik olmaq istəyir. Demək, İsrail bəhanədir. Ancaq iranlı diplomatlar hər dəfə bunu da deyirlər ki, “Azərbaycanın yeri bizim üçün başqadır, Tehran Azərbaycan və Ermənistanla müqayisədə sizə üstünlük verir”. Bunun belə olub-olmadığına inanmağımız üçün İran prezidentinin Azərbaycanın ərazi bütövlüyü haqqında Bakıda dediyi fikirləri İrəvanda təkrarlaması lazımdır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər