23 Noyabr 2016 09:07
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi noyabrın 27-də ölkəmizə səfər edəcək.

Teleqraf.com-un məlumatına görə, Mahmud Vaezi Azərbaycanın dövlət rəsmiləri ilə görüşlərdə ölkələrimiz arasında qarşılıqlı iqtisadi əlaqələri və bu münasibətlərin inkişafı məsələlərini müzakirə edəcək.

Səfər çərçivəsində iranlı nazir Naxçıvan Muxtar Respublikasında Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsi mərasimində iştirak edəcək.


Müəllif:

Oxşar xəbərlər