28 Noyabr 2016 20:52
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Azay Quliyev səfər çərçivəsində QDİƏT PM-in 48-ci sessiyasında ATƏT PA adından çıxış edəcək. Deputat çıxışında parlament qurumlarının müasir çağırışlara qarşı yönəlmiş mövcud əməkdaşlığı haqqında və gələcəkdə mümkün fəaliyyətləri barədə danışacaq. Bununla yanaşı, Azay Quliyev çıxışında beynəlxalq terrorizmin qarşısının alınmasında və mövcud münaqişələrin həllində parlament diplomatiyasının rolu haqqında məlumat verəcəkdir.

Milli Məclisin deputatları, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və üzvü Musa Quliyev qurumun Baş Assambleyasının sessiyasında və digər tədbirlərində iştirak etmək üçün Belqrada gedəcək.

Baş Assambleyanın 48-ci sessiyasında “QDİƏT-ə üzv dövlətlərdə islahatlar – milli parlamentlərin rolu” mövzusunda müzakirələr aparılacaq. Yığıncaqda təşkilata üzv ölkələrdə xarici sərmayələrin cəlb edilməsi, korrupsiya ilə mübarizədə hüquqi bazanın təkmilləşdirilməsi, elm, təhsil sahələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər