29 Noyabr 2016 12:27
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 29-da Şəhidlər xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, burada Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Aleksandr Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Belarus Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Müəllif:

Oxşar xəbərlər