“Ermənistan prezidenti respublikaçıların qurultayında dolayısı ilə Azərbaycanı hədələyərək, bildirib ki, lazım gələrsə, Bakını da işğal edə bilərlər. Biz hamımız yaxşı xatırlayırıq ki, aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Sarkisyan indi Kremldə gedib özünə deşik tapıb”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu günkü iclasında deputa Qüdrət Həsənquliyev deyib.
BAXCP sədri söyləyib ki, Sarkisyan sanki bizə meydan oxuyur: “Siçan bizə meydan oxuyur. Sarkisyan arxasında Rusiyanın “İsgəndər” raketlərini hiss etməklə özünü güclü hesab edir. Uzun müddət mən Azərbaycanla Rusiya münasibətlərinin yaxşılaşmasının tərəfdarı kimi çıxış edərək bildirmişəm ki Ermənistanın arxasında Rusiya dayanır və ona görə də münaqişə həllini tapa bilmir. Bu gün Şoyqu İrəvana gəlir və orada birgə qoşun yaradılması ilə bağlı sənəd imzalanacaq. Bu, Rusiyanın münaqişənin həllindəki vasitəçiliyinə və Azərbaycanla münasibətlərinə uyğun gəlmir. Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə qalması üçün əlindən gələni edir. Amma nə belə vasitəçi, nə də strateji tərəfdaş olmaz. Ona görə də biz Milli Məclis, hökümət olaraq Rusiyaya açıq şəkildə müraciət etməliyik. Əgər Ryusiya Ermənistanı bu cür formada dəstəkləyəcəksə, işağlın davam etidirlməsinə şərait yaradacqsa, o zaman biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Azərbaycanda 90 min şagird rus dilində təhsil alır. Rusiya ilə birgə müxtəlif tədbirlər, layihələr həyata keçiririk. Belə olan halda Rusiyanın bizə olan münasibəti arzu etdiyimiz münasibətlərə uyğun gəlmir. Rusiya ya vasitəçi kimi bitərəf mövqeyini qoruyub saxlamalı, ya da Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalı, İsrail, Pakistanla olan münasibətlərini strateji müttəfiqliyə qaldırmalıdır. Nəhayət, biz özümümüzü Rusiyanın münaqişənin həllində vasitəçi olduğu fikri ilə aldatmamalıyıq”.
NEMƏT