"Yaponiya Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolu ilə görür".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Yaponiya parlamentinin sədri Tahamori Oşima ermənistanlı həmkarı Qalust Saakyanla Tokiodakı görüşdə deyib.
Parlament sədri Yaponiyanın ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməkdə davam etdiyini vurğulayıb: "Problemlər yalnız sülh yolu ilə həll olunmalıdır".