31 Yanvar 2017 20:12
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Avropa üzrə Regional direktoru Vinsent Koçeteli qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı tərəfindən göstərilən humanitar yardımın və təşkilatla ölkəmizin əməkdaşlığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir həmsöhbətə Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Azərbaycan Prezidentinin sərəncamı ilə aparılan minadan təmizləmə və tikinti işləri, məcburi köçkünlərin geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkədə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Vinsent Koçeteli BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, Azərbaycanda QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsi qaydasına dəyişikliklərin edilməsini müsbət hal kimi qiymətləndirib.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər