1 Fevral 2017 13:17
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün islama qarşı mübarizə var. Hesab edirəm ki, buna qarşı Azərbaycan öz mövqeyini ortaya qoydu. Bu əslində 2016-cı ildə görülən işlərin davamıdır. Bildiyiniz kimiş 2016-cı il ölkəmizdə Multikulturalizm ili elan olunmuşdu”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyasuş Novruzov deyib.

Novruzov qeyd edib ki, Azərbaycan Prezidentinin atdığı addımlar dövlətin və xalqın maraqlarının qorunmasına xidmət edir: “Mən burada 3 məqamı qeyd etmək istərdim. Birincisi, Azərbaycan qaçqınlarının yerlərinə qayıtması üçün Covuq Mərcanlıya maliyyə vəsaitinin ayrılması. İkincisi, prezidentin hərbçilərlə görüşü və Azərbaycan ərazilərində ikinci bir erməni dövlətinin qurulmasına imkan verilməyəcəyi haqda bəyanatı. Üçüncü, bu yaxınlarda iqtisadi müşavirədə prezidentin bütün sahələrin inkişafı və gələcək perspektivi haqda tapşırıqları. Bu üç məsələ prezidentin xalqın maraqlarının müdafiəçisi olduğunun bariz nümunəsidir”.

Siyavuş Novruzov həmçinin iki təklifini açıqlayıb: “Hesab edirəm ki, “Siyasi partiyalar haqqında”qanuna dəyişiklik edilməlidir. Qanunun tələbinə görə, siyasi partiyalar MSK-ya hesabat verməlidir. Biz görürük ki, siyasi partiyaların nəqliyyat vasitələri, mühafizəçiləri, işçiləri var. Bunlar hava ilə yaşamırlar. Fikrimcə, MSK-ya maliyyə hesabatı təqdim etməyən partiyalarla bağlı hansısa formada qərar qəbul edilməlidir.

İkinci təklifim mobil rabitə ilə bağlıdır. Hər axşam xaricdən telefon zəngi gəlir və kəsilir. Bu hal "Ərəb baharı" zamanı da olurdu. Məncə, informasiya təhlükəsizliyi barədə qanunvericiliydə dəyişiklik edə bilərik”.

S.Novruzov mətbuata müsahibə verərək deputatların fəaliyyətini tənqid edən bəzi həmkarlarını da ciddi tənqid edib: “Mətbuata açıqlamasında bəzi həmkarlarımız deyir ki, Milli Məclis işləmir. Məclisin funksiyası nədən ibarətdir? Qanun qəbul edir, müzakirələr aparır. Bu qanunlar iqtisadiyyatın inkişafı, maliyyə stabilliyinin təmin edilməsi üçündür. Biz neyləyək, Lenin kimi şalban götürək çiynimizə ki, işləyirik? Yoxsa, divar hörək?

Kimsə deyir ki, komanda dəyişilməlidir. Sən kimsən ki, komandanı dəyişirsən? Komandanın yiyəsi var, o da cənab Prezidentdir. Bu komanda görün, nə qədər addımlar atır. Nəzərə alın ki, biz parlamentli respublika deyil, prezident respublikasıyıq. Hərdən Türkiyəyə baxıb coşursunuz. Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Korrupsiyaya ilə mübarizə üzrə komissiya var, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi var. Yenə deyirəm ki, hər kəsin funksiyası var. Bizim funksiyamız qanun qəbul etmək, ona nəzarət etməkdir. İnsanlar beynəlxalq təşkilatlarda ermənilərə qarşı mübarizə aparırlar. Bundan başqa nə işlə məşğul olmalıdırlar? Mən təklif edirəm ki, hər kəs oturduğu masaya hörmət etsin. Vaxt vardı ki, parlamentdə 4 nəfər bir otaqda əyləşirdi, 8 nəfərə bir hökumət telefonu verilirdi. İndi hər kəsin otağı, köməkçisi var. Otur işlə, alternativ qanun hazırla, qəzetdə çap elə. Əsaslandır ki, sənin hazırlasdığın layihə daha vacibdir. Hesab edirəm ki, bundan sonra belə hallara yol verməyə əsas yoxdur”.

Cavad


Müəllif:

Oxşar xəbərlər