Müsavat Partiyası qərargahının qarşısında bir qrup gənc etiraz aksiyası keçirib.
Teleqraf.com xəbər verir ki, gənclər Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin yanvarın 31-də Məmməd Əmin Rəsulzadənin abidəsi önündəki çıxışına etirazlarını bildiriblər.
Aksiyada “Natamam elmi işçi və uğursuz siyasətçi müasir gəncliyə hansı nümunə göstərə bilər?”, “İdarəçiliyinizi gördük, daha hərc-mərclik istəmirik!”, “Müsavat irsi ilə, M.Ə.Rəsulzadə adı ilə alver etmə! Sənə artıq heç kəs inanmır!”, “Sən nəinki ölkəni, heç kolxozu da idarə edə bilməzsən!”, “Kreslo hərisi, kabineti niyə tərk etmirsən?!”, "İsa Qəmbər, cavab ver! Torpaqları satan şərəfsiz! Bir il hakimiyyəti dövründə torpaqların 20 faizini satan alçaq", "Azərbaycan torpaqlarını işğal edənlərdən biri də İsa Qəmbərdir", "Hakimiyyətdə olduğun dövrdə 7 nəfəri güllələtdirən satqın!", "Çıx ölkədən, sənin Azərbaycanda yaşamağa haqqın yoxdur!", "Milli satqın!", "Çıx, Azərbaycan gəncliyinə cavab ver!", "Məhəmməd Əmin Rəsulzadə barədə danışmağa haqqın yoxdur!" kimi şüarlar səsləndirilib.
Polis aksiyaçıları Müsavat qərargahı yaxınlığından uzaqlaşdırıb.