11 Fevral 2017 13:55
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov "Olaylar"a bildirib ki, blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan diplomatiyasında müsbət haldır: "Bildiyimiz kimi Azərbaycanın Baş Prokurorluğu tərəfindən Aleksandr Lapşinə qarrşı cinayət işi açılaraq dövlətlərarası axtarış elan edildmişdi.

Lapşinin ekstradisiyası o deməkdir ki, bunun üçün Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən kifayət qədər hüququ əsaslar ortaya qoyulub. Belə olan halda, Lapşinin cinayət məsuliyyətinə cəlb edilməsində qeyri-adi heç nə yoxdur. Onun günahkar olduğu hüquqi əsaslarla müəyyən edilib. Azərbaycan bu əsaslar nəticəsində insanın günahkar olduğunu obyektiv şəkildə sübut etmiş oldu. Çünki, Avropanın hüquq sistemində bunu sübut etmək çox çətindir.

Lapşin etdiyi hərəkətin qanunsuz olduğunu və onun hansı nəticələrə gətirib çıxaracağını bilirdi. Çünki, Lapşin özü sosial şəbəkələrdə cinayət etdiyini və bununla qürur duyduğunu etiraf etmişdi. O, cinayətkardır. Cinayətkar qanun qarşısında cavab verməlidir.

Rusiyanın Dilqəm Əsgərovla məsələyə Lapşin qədər diqqət etməməsində Rusiya Xarici İşlər Nazirliyi blogger Aleksandr Lapşinin məsələsində ikili standartlara yol verib. Rusiya XİN ona görə ikili standartlara yol verir ki, onlar Rusiya Federasiyasının vətəndaşı olan Dilqəm Əsgərovun ermənilər tərəfdən saxlanılması məsələsini qaldırmır. Belarus Ədliyyə Nazirliyi isə borcunu vicdanla yerinə yetirərək Rusiya XİN-ə ölkə vətəndaşlarını qorumaqla bağlı konstitusion vəzifəsini xatırladıb. Lapşinin məsələsinə baxılarkən həm də Dilqəm Əsgərovun məsələsinə baxmaq lazım idi.

Bu məsələni siyasiləşdiərək Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlamaq cəhdi edənlər də olacaq.Buna qətiyyən yol vermək olmaz.

Əlbəttə Aleksandr Lapşinin Azərbaycana qaytarılması Azərbaycan dövlətinin, şəxsən Prezdent İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Həm də bu, Belarusiya-Azərbaycan arsasındakı möhkəm dostluq münasibətlərinə söykənir.

Lapşinin Azərbaycana qaytarılması Azərbaycan diplomatiyasının qələbəsidir: İrəvanda da artıq Ermənistanın Azərbaycan diplomatiyasına uduzduğunu etiraf etməyə başlayıblar. Lapşinin Azərbaycana ekstradisiyası və məhz Azərbaycan qanunlarına uyğun mühakimə olunması həm də Azərbaycanın işğal altındakı torpaqlarına qeyri-qanuni səfərlər edən şəxslərə də ciddi bir mesaj oldu. Çünki, bundan sonra kim Azərbaycan dövlətinin rəsmi icazəsi olmadan ölkəmizin ərazisinə daxil olarsa onları da Lapşinin taleyi gözləyir. Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir".

Mətbuatda verilən məlumatlara görə Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası və s. kimi hallar Ermənistan və Rusiyanın narahatlığına səbəb olub. Bu, Azərbaycanın düşmən üzərində psixoloji qələbəsi olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünü qanunsuz keçmək istəyənlərə və əks-təbliğat aparanlara gələcəkdə bu səhvi təkrarlamamaları haqda mesaj idi. Qeyd edək ki, ermənipərəst Aleksandr Lapşin digər ölkədən deyil, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqi olan Belarusdan ekstradisiyası onu göstərir ki, İrəvan bu ölkə ilə gerçək müttəfiq əlaqələrə malik deyil və təşkilatda fikir ayrılıqları var. Bu, həm də Belarusun Azərbaycana verdiyi siyasi dəstəyin nəticəsidir.

Rusiya Xarici İşlər Nazirliyi rəhbərliyi səviyyəində ekstradisiyaya etiraz etməsinə baxmayaraq, Belarusun Rusiya vətəndaşı olan A. Lapşini Azərbaycana göndərməsi, həmçinin bu ölkənin Rusiyanın artıq siyasəti ilə barışmadığının bariz nümunəsidir. Son günlər prezident Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin Şərqi Avropa siyasətinə qarşıdır və bu siyasəti tənqid etməkdədir. Təbii ki, baş verənlər Ermənistanda və Rusiyada qəzəblə qarşılanmaqdadır. Hazırda Azərbaycana qarşı, Moskva-Yerevan-Tehran üçbucağı formalaşıb. Ermənistan Moskva və Tehranın dəstəyindən istifadə edərək, bu təxribatları davam etdirərsə, Azərbaycanın ildırım sürətli hücumuna məruz qalması qaçılmaz olacaq. Məncə A. Lapşinin Azərbaycana ekstradiyası Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi vəziyyətin gərginləşməsinə də səbəb olacaq:

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası ilə Azərbaycan hökuməti bütün dünyaya "Azərbaycan ərazisinə icazəsiz gələn istənilən şəxsi belə bir aqibət gözləyir" mesajinı verdi.

Bloqer Aleksandr Lapşindən başqa işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər etmiş və ya bundan sonra edəcək şəxslərin əməllərinə də hüquqi müstəvidə qiymət verilməlidir, onlar da İnterpol xətti ilə axtarılaraq məsuliyyətə cəlb edilməsi yaxşı olardı.

Hər bir vətəndaş Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıdır. Azərbaycanın qanunları var. Bu ölkə işğal altında olan Dağlıq Qarabağ uğrunda mübarizə aparır. Azərbaycan dövlətinin vəzifələrindən biri Dağlıq Qarabağa gedən əcnəbilərin qanunsuz səfərlərinin qarşısını almaqdır. Hesab edirəm ki, Lapşinlə bağlı baş verən hadisə Dağlıq Qarabağa səfər edənlərə və etmək istəyənlərə dərs olacaq və bu regiona gedənlərin sayı kəskin azalacaq.

A.Lapşin olayının Moskva ilə Bakı arasındakı münasibətlərə təsir edib-etməyəcəyi məsələsinə gəlincə, iki ölkə arasındakı münasibətlər hal-hazırda yüksək səviyyədədir İnanmıram ki, bu hadisə ikitərəfli münasibətlərə təsir etsin. Əgər Lapşin Azərbaycan həbsxanasında axıra kimi cəzasını çəksə, bu, bəlkə də Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər. Mən belə düşünürəm ki, ona hökm oxunandan sonra ya əfv olunacaq, ya da cəzasının qalan hissəsini çəkmək üçün vətəndaşı olduğu Rusiyaya ekstradisiya ediləcək. Azərbaycanın bu addımı isə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq".


Müəllif:

Oxşar xəbərlər