Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə ermənistanlı həmkarı Edvard Nalbadyan fevralın 21-22-də Moskvaya səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, nazirlər görüş zamanı ikitərəfli əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edəcəklər.
Zaxarova bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü ilə bağlı hələ ki məlumat yoxdur.
Samir