20 Fevral 2017 10:53
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyinin Müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl-Bəvardi Əl-Fələsinin dəvəti ilə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Abu-Dabi şəhərində keçirilən “IDEX-2017” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün 18-19 fevral 2017-ci il tarixlərində bu ölkədə işgüzar səfərdə olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Abu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qəbul olunub.

Sonra sərgidə nümayiş olunan fövqəladə hallarla mübarizə sahəsində müxtəlif şirkətlərin istehsalı olan ən son texnika və avadanlıqlara baxış keçirilib.

Sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin uyğun qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədi ilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif: