23 Fevral 2017 17:45
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə qədər ki, Ermənistan ordusu bizim torpaqlarımızdadır, biz arxayın ola bilmərik və dayanıqlı atəşkəs söhbəti də ola bilməz. Həmsədrlər, beynəlxalq qurumlar dayanıqlı atəşkəs yastığını başımızın altına qoyurlar, amma bu, mümkün olmayacaq. Bu o zaman mümkün ola bilər ki, erməni işğalçı ordusunu Azərbaycan torpaqlarından çıxaraq, cinayətkar separatçı qurum məhv ediləcək, cinayətkarlar cəzalarını alacaq. Bax, o zaman sakitlik, sülh olacaq. Hələ ki, atəşkəsdən və böyük sülhdən söhbət gedə bilməz”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov son günlər cəbhədə baş verən gərgin durumu qiymətləndirərkən deyib.

Elman Məmmədov bildirib ki, ermənilər öz mənafelərini, bəzi siyasi məsələləri ört-basdır etmək, habelə hərbi cani olan Sarkisiyan öz hakimiyyətinin ömrünü uzatmaq, qarşıdan gələn seçkilərdə uğur qazanmaq üçün belə təxribatlara əl atır: “Ancaq onların bu hərəkətləri bilirsinizmi nəyə gətirib çıxaracaq? Bir il bundan əvvəl aprel hadisələri oldu, bu dəfə daha apreldəki kimi olmayacaq. Düşmən apreldə aldığı zərbədən 10 dəfə daha güclü zərbəyə məruz qalacaq və ağlı başına gələcək. Hadisələrin sonu buna doğru gedir”.

“İndi cəbhədə baş verən mürəkkəb vəziyyət ciddi hərbi əməliyyatlara çevrilə bilərmi” sualına cavabında deputat deyib ki, hər şey ola bilər: “Hər an müharibə başlaya bilər. Onsuz da müharibə qurtarmayıb. Müharibənin birinci dövrü, bizim zəif olduğumuz dövr başa çatıb. İndi güclü Azərbaycan ordusu var və bu, qələbəyə hazır ordudur. Müharibə torpaqlarımız işğaldan tam azad olduğu gün başa çatacaq. Odur ki, müharibə hər an başlaya bilər. Heç kim müharibə daha olmayacaq zəmanətini verə bilməz”.

Cavad


Müəllif:

Oxşar xəbərlər