“Mehriban xanım Əliyeva təşkilatçılıq qabliyyəti ilə Azərbaycanın düşmənlərini və ona dəstək verənləri utandırıb”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli parlametin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
F.İbrahimli deyib ki, Mehriban Əliyeva təkcə Birinci Avropa Oyunlarındakı təşkilatçılıq qabliyyəti və bu oyunların ölkəmizdə keçirilməsi ilə tarixə öz adını yazdırmış olub: “Birinci Avropa Oyunlarının açılış mərasimində kürsüyə çıxan Mehriban Əliyeva bir daha dünyanın diqqətini Azərbaycana yönəltməklə yanaşı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Mehriban xanımın yüksək təşkilatçılıq qabliyyatı ilə bir daha Azərbaycanı dünyaya qalib və qüdrətli bir ölkə kimi təqdim edildi. Mehriban xanım yüksək təşkilatçılıq qabliyyəti ilə bu oyunları boykot edən ölkələri və ona dəstək verən qüvvələri utandırdı. Mehriban xanım, siz nimdaş və boz sifətləri utandırdınız. Mən hörmətli Mehriban Əliyevaya gələcək fəaliyyətində uğurlar arzulayıram”.
Nemət