Ankara Respublika Prokurorluğu ötən il iyulun 15-də Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdə rəhbərlik etdiyi deyilən ordu generalı Akın Öztürklə bağlı yeni istintaq materiallarını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, materiallarda Öztürkün uğursuz hərbi çevrilişə cəhddən əvvəl bir sıra nömrələrlə əlaqə saxladığı bildirilib.
Açıqlanan siyahıda Azərbaycandan olan +994516600038 nömrəli abonenti də var. Öztürk həmin abonent ilə iki dəfə danışıb.
Həmin abonent ilə əlaqə saxlamağa çalışsaq da, nömrəyə zəng çatmadı.
Samir