25 Aprel 2017 21:59
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun bir hərbçisi öldürülüb.

Hadisə bu gün baş verib.

Cəbhə xəttində xidmət edən 1998-ci il təvəllüdlü əsgər Karen Armenoviç Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb.

Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

Xatırladaq ki, ötən gün saat 17.50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib.
/APA/


Müəllif:

Oxşar xəbərlər