Bu sözləri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mayın 4-dən 6-dək Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişafı üçün yeni imkanlar” mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, builki forum 2013-cü və 2015-ci illərdə keçirilən forumlardan bir neçə xüsusiyyətinə görə nisbətən fərqlənir:
“Biz beyin mərkəzlərinin təşəbbüslərinin genişləndirilməsini nəzərdə tutumuşuq. YUNESKO ilə bərabər ekstremizm və zorakılığa qarşı yeni təşəbbüs irəli sürəcəyik. Forum çərçivəsində mədəniyyət və turizm nazirlərinin bir araya gəlməsi olduqca vacib məsələ kimi qəbul edilməlidir. Azərbaycan Milli Məclisi, eləcə də ayrı-ayrı ölkələrin senatlarının mədəniyyətlərarası dialoq forumu çərçivəsində müzakirələri nəzərdə tutulur. Parlament üzvlərinin bir araya gəlməsini nəzərdə tutumuşuq”.
Nazir bildirib ki, bu il forumda 120 ölkədən çox nümayəndə iştirak edəcək: “Onlarla yanaşı, 50-yə qədər beynəlxalq qurumların, eləcə də 50-yə yaxın QHT-lərin iştirakı nəzərdə tutulur. Forum beynəlxalq ictimaiyyətin, QHT-lərin diqqətini özünə cəlb edir. Bir sözlə, bu forum maraqlı platformaya çevriləcək”.
Nazir onu da əlavə edib ki, Azərbaycan hökuməti ilə BMT-nin Sivilizasiyalar Alyansı xüsusi mükafat təsis edib ki, sabah forumda iştirakçılara bu barədə ətraflı məlumat veriləcək.
Nərgiz
Foto: Elçin MURAD