Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Şimali Amerika Müdafiə Komandanlığının açıqlamasında qeyd edilib. Bildirilir ki, rus bombardmançı təyyarələrinə xəbərdarlıq edilib. Rusiya təyyarələri Alyaskanın Point Hope sahilinə 80 kilometrə qədər yaxınlaşıb.
Rus təyyarələrinin Alyaska sahillərinə yaxınlaşmaq istəyi məlum olduqdan sonra ABŞ-ın Raptor markalı F-22 döyüş təyyarələri pərvazlanıb və rus bombardmançı təyyarələrinin Alyaska sahillərinə yaxınlaşmasına imkan verməyib.
Açıqlamada qeyd edilib ki, bu hadisədən sonra Rusiyaya məxsus A-50 tipli müşahidəçi təyyarəsi də eyni koordinatlar üzrə, lakin ancaq beynəlxalq sularda müşahidə aparıb, amma ABŞ-ın Şimali Amerika Müdafiə Komandanlığı bu təyyarəyə hər hansı bir maneçilik törətməyə ehtiyac duymayıb.
Şimali Amerika Müdafiə Komandanlığının rəsmisi bu cür addımları gözlədiklərini və bunların sürpriz olmadığını, ABŞ hava qüvvələrinə aid təyyarələrin də Çin və Rusiya sərhədinə yaxınlaşdığını bildirib.
Xatırladaq ki, aprelin ortalarında da Pentaqon iki Amerika F-22 döyüş təyyarəsinin Rusiya Hava Qüvvələrinə aid iki TU-95 bombardmançı təyyarəyə Alyaska yaxınlığında maneə törətdiyini bildirmişdi. Həmin vaxt hadisənin Alyaskanın Kodiak adasının 160 kilometliyində baş verdiyi qeyd olunmuşdu.
Cavad