5 May 2017 11:06
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyanın şimal şərqində fəaliyyət göstərən PYD-PKK terror şəbəkəsinə 48 texnika və 250 nəfər personaldan ibarət yeni dəstək konvoyu göndərib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, dünən günorta saatlarında Suriya-İraq sərhədinin Semalika sərhəd məntəqəsindən Suriyaya daxil olan ABŞ hərbi personalı Hasekdən keçərək Malikiyəyə çatıb.

Anadolu Agentliyinin əldə etdiyi məlumata görə, ABŞ Türkiyə ordusunun Suriyanın Qaraçöp bölgəsində mövqe tutan PKK hədəflərini vurmasından dərhal sonra terror təşkilatına 22 ədəd hərbi texnika, silah-sursat verib.

Terror təşkilatlarına silah-sursat və hərbi təlimlərlə dəstək verən ABŞ Türkiyənin sərhəd ərazilərində önləyici müdaxilə tədbirlərindən sonra PKK və PYD-yə dəstəyini artırıb. Məsələn, Qaraçöp və Sincar bölgəsində PKK hədəflərinin vurulmasından sonra terrorçular Türk Silahlı Qüvvələrinin ərazidəki hərbi dayaqlarını hədəfə alıb və bu zaman Amerika istehsalı olan “Tov” markalı mərmilərdən istifadə edib.

Ötən ay isə Pentaqon terror təşkilatına raketlər, 80 və 120 millimetrlik toplar, piyada tüfəngləri, zirehli əsgər daşıyan avtomobil verib.

Bundan başqa, Pentaqon Ankaranın etirazlarına baxmayaraq, FGM-148, habelə tank əleyhinə xüsusi silahları da terror təşkilatına ötürüb.

Qeyd edək ki, hazırda ABŞ PYD və PKK qüvvələrini Suriya daxilində SDG kod adı ilə tanıyır və onunla əlaqələri gücləndirir.

PYD və PKK isə Suriyanın şimal-şərq hissəsində Hasekedən başlayaraq, Hataya qədər sərhəddə hakimiyyət qurmaq niyyətindədir.

Cavad


Müəllif:

Oxşar xəbərlər