Teleqraf.com xəbər verir ki, bu sözləri Çeçenistan səlahiyyətlilərindən biri cinsi azlıqların valideynlərinə xitabən deyib.
BBC-yə danışan fəal Natalya Poplevskaya deyib ki, Çeçenistanda cinsi azlıqlar nəzarətə götürülərək Qroznı şəhərinin 20 kilometrliyində yerləşən Arqun yaxınlığında bir nəzarət məntəqəsinə aparılıb.
Fransanın “France24” kanalı isə bu məntəqədən qaçan şəxslərdən birinə istinadən xəbər verib ki, Çeçenistan səlahiyyətliləri cinsi azlıqların ailələrinə oğlanlarını öldürməklə bağlı xəbərdarlıq edib.
Həmin şəxs iddia edib ki, cinsi azlıqların bir qrupu düşərgədə döyüldükdən sonra ailələrinə verilib və ailələri tərəfindən meşədə öldürülərək dəfn edilib. O, deyib ki, evə gedərsə, onu da öldürə bilərlər.
Qeyd edək ki, son dəfə Rusiyada səfərdə olan Almaniya kansleri Angela Merkel Prezident Putindən bu məsələyə diqqət ayırmağı, azlıqların nümayəndələrinin hüquqlarını müdafiəsini xahiş edib.
Cavad