Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla da ölənlərin sayı 42-yə çatıb.
İtkin düşən daha 8 mədənçinin cənazəsinin tapılması üçün əməliyyatın davam etdirildiyi bildirilir. 500 fəhlənin işlədiyi mədən Gülüstan əyalətinin Azadşəhr şəhərinin 14 kilometrliyində yerləşir.
Mədəndəki partlayışdan 4 gün sonra mayın 7-də Gülüstan əyalətinə səfər edən və hadisə qurbanlarının ailələri ilə görüşmək istəyən İran Prezidenti Həsən Ruhani həyatını itirən mədənçilərin ailə üzvlərinin və onların iş yoldaşlarının kəskin etirazı ilə qarşılanıb. Qəzəbli mədənçilər Həsən Ruhaniyə qarşı sərt şüarlar səsləndirərək, onun mühafizəçiləri tərəfindən qorunan avtomobilini dövrəyə alaraq təpikləyiblər.
Xatırladaq ki, mayın 3-ü günorta saat 11:30-da İranın Gülüstan əyalətinin Azadşəhr məntəqəsinin “Qış yurd” daş kömür mədənində güclü partlayış olub.
Samir