Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İsveçrə hüquq-mühafizə orqanları bu plakatın qaldırılması ilə heç bir qanun pozuntusuna yol verilmədiyini bildirib. Bern polisinin nümayəndəsi Mark Heeb bu səbəbdən heç kimin cinayət məsuliyyətinə cəlb olunmayacağını bildirib.
Xatırladaq ki, sözügedən plakat İsveçrədə martın 25-də təşkil edilən mitinq zamanı qaldırılmşdı. Mitinqdə “Ərdoğanı öz silahı ilə öldürün” şüarı da səsləndirilmişdi. Berndə ultramillətçilərin keçirdiyi nümayiş Türkiyə rəsmilərinin referendumla bağlı Avropa ölkələrində təbliğat aparmasına etiraz əlaməti olaraq təşkil edilmişdi.
Sözügedən plakatla bağlı Türkiyə Xarici İşlər naziri İsveçrəninAnkaradakı səfiri Valter Hafinerə nota təqdim edərək Bern hökumətindən qanuni istintaq aparılması və təhqiredici plakatı qaldıranların cəzalandırılmasını tələb etmişdi.
Prezident Ərdoğan isə bu məsələyə reaksiya verərkən Berndə sol partiyaların terrorçularla bir araya gəlib nümayiş keçirdiyini bildirib:
“Onlar İsveçrə parlamentində başıma silah söykənən halda fotomu asdılar”.
Natiq