12 May 2017 00:13
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin məhkəmə tarixində boşanma ilə bağlı ən böyük təzminat kəsilib.

Teleqraf.com xəbər verir ki, söhbət Rusiyada böyük biznes şəbəkəsi olan azərbaycanlı iş adamı Fərhad Məmmədovun avropalı keçmiş həyat yoldaşının iddiası əsasında London məhkəməsinin çıxardığı qərardan gedir.

Cütlük 1993-cü ildə Moskvada tanış olub evləniblər. Məhkəmə evlilikdən sonra Fərhad Məmmədovun əldə etdiyi gəlirin 41.5 faizinin həyat yoldaşının payına düşdüyü qənaətinə gəlib.

Fərhad Məmmədov 5 il öncə Rusiyadakı enerji şirkətindəki 1,3 milyard dollarlıq payını satıb və məhkəmənin qərarı ilə 2014-cü ildə keçmiş həyat yoldaşına 330 milyon funt-sterlin ödəməli olub.

“Forbes”in məlumatına görə, F. Əhmədov 1980-cı ildə Böyük Britaniyaya gələrək Londonun xəz bazarında Rusiyaya məxsus samur xəzlərini satmağa başlayıb, 1993-cü ildə isə “Nortqaz” qaz müəssisəsindən 5 faiz səhm alıb. O, 2012-ci ildə öz səhmlərini “Novatek”ə 1,3 milyard dollara satıb.

Azərbaycanlı iş adamı “Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.


Müəllif:

Oxşar xəbərlər