12 May 2017 22:58
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Xarici İşlər Nazirliyi alman jurnalist və tərcüməçi Mesale Tolunun İstanbulda saxlanıldığını təsdiqləyib.

Teleqraf.com RİA-Novosti- yə istinadla xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Martin Şefer məlumat verib.

O bildirib ki, “Etha” agentliyinin xanım jurnalisti aprelin 30-da saxlanılıb və mayın 6-da barəsində həbs qərarı çıxarılıb. Türkiyə hakimiyəti bununla bağlı Almaniya XİN-i məlumatlandırmayıb.

Məhkəmə Tolunu terrorçuluğu təşviq etməkdə və terror təşkilatında iştirak olmaqda ittiham edir. O, 2007-ci ildə Almaniya vətəndaşlığı alıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər