Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 300 manat dəyərində qızıl və gümüş əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Çayarxı kənd sakini Hüseyn Feyzullayev tutulub.
Şübhəli şəxsin əvvəllər də məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov