Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qasırğa artıq Taraz şəhərində iki nəfərin ölümünə səbəb olub.
Təbii fəlakət evlərin dam örtüklərini yararsız vəziyyətə salıb, elektrik dirəkləri və ağaclar aşıb. Yollarda hərəkət çətinləşib.
Qeyd edək ki, qasırğa zamanı Moskvada 13 nəfərin ölümünə, 170 nəfərin xəsarət almasına səbəb olub.