31 May 2017 13:41
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı bəzi iqtisadi sanksiyaların ləğvi barədə fərman imzalayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən, müxtəlif sahələrdə Türkiyə şirkətlərinin və türk işçilərin Rusiyada fəaliyyəti üçün tətbiq edilən məhdudiyyətlər aradan götürülüb.

Fərmanla Rusiyaya vizasız səyahət edə biləcək Türkiyə vətəndaşlarının sırasını da genişləndirib.

Putin Rusiya Xarici İşlrə Nazirliyinə Ankara tərəfini fərmanla bağlı məlumatlandırmaq tapşırığını verib.

Qeyd edək ki, Putin bu məhdudiyyətləri Rusiyaya məxsus Su-24 qırıcısının 2015-ci ilin noyabrın 24-də Türk F-16-ları tərəfindən vurulmasından sonra tətbiq etmişdi.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər