11 İyun 2017 23:12
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya sahillərində 2 gün ərzində 2,5 minə yaxın miqrant xilas edilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin qaçqınlar üzrə Ali Komissarının İdarəsində bildiriblər.

Məlumata əsasən, azı 52 miqrant itkin düşmüş sayılır. Onların axtarışı ilə hazırda İtaliya Sahil Mühafizəsi Xidmətinin əməkdaşları məşqul olur.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Avropaya dəniz yolu ilə 54 min qaçqın keçib. 1,3 min qaçqın dəniz yolu ilə keçməyə cəhd göstərərkən həlak olub və ya itkin düşüb.


Müəllif: Teleqraf.com