Teleqraf.com Ria Novosti-yə istinadla xəbər verir ki, "Domodedovo" hava limanında 104 reys gecikib, 13-ü təxirə salınıb. "Şeremetyevo"da isə 93 reys gecikib, heç bir reys ləğv edilməyib. "Vnukovo"da bir aviareys ləğv olunub.
Qeyd edək ki, ötən gün Moskvada güclü qasırğa olub, hadisə nəticəsində bir nəfər həlak olub.
Səhər saatlarında 450 aviareysin gecikdiyi barədə xəbər yayılmışdı. Hidrometroloqların məlumatına görə, Moskvada vəziyyət sabitləşsə də pis hava şəraiti bir neçə gün davam edəcək.