Teleqraf.com "Sputnik Qruziya" agentliyinə istinadla xəbər verir ki, bununla bağlı İran Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının komandanı Əhmədrza Bağıri məlumat verib.
Onun sözlərinə görə, “Güc və sabit təhlükəsizlik 96” adı verilmiş təlim 5 mərhələdən ibarətdir: "İlk mərhələ martda keçirilib. Sonuncu mərhələ isə 2017-ci ilin avqustunda keçiriləcək və 88 min kvadrat kilometr sahəni əhatə edəcək".
Bağıri bildirib ki, təlimlərdə yeni silahlar, texnikalar, raket kompleksləri, kəşfiyyat və rabitə qurğuları sınaqdan keçiriləcək.