4 İyul 2017 22:10
1 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın işğalı altında olan Cəbrayıllıdakı hərbi hissədə partlayış olub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində Ermənistan ordusunun üç əsgəri yaralanıb.

Hadisə Ermənistanın işğal olunmuş Cəbrayıl rayonu ərazisindəki poliqonda olub.

İlkin məlumata görə, keçirilən hərbi təlim zamanı ehtiyatsızlıqdan qumbaranın partlaması nəticəsində 3 hərbi qulluqçu yaralanıb.


Müəllif: Teleqraf.com