8 İyul 2017 13:46
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış ifaçılarından olan müğənni Pərvin Lətifovun ailəsinə ağır itki üz verib.

Teleqraf.com-un məlumatına görə, Pərvinin 5 yaşlı qızı Gülər bu gün səhər A. Qarayev adına 2 saylı uşaq xəstəxanasına gətirilib. Lakin azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan Teleqraf.com-a verilən məlumatda uşağın xəstəxanaya gətiriləndə artıq keçindiyi bildirilib.

Qeyd edək ki, Pərvin sonuncu dəfə İnstaqram hesabından 2 yaşlı Zəhranın ölümü ilə bağlı bu sözləri yazıb:

“Bu şəkil məni yandırdı. Elə bil ürəyimdən yüz tonluq daş asılıb bu dəqiqə… Müharibənin də qaydaları var. Biz düşmənin belə uşağına, qadınına güllə atmırıq. Amma bu şərəfsiz ermənilər…”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər