Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, BMT baş katibinin məlumatına görə, 1 yanvar-5 iyul tarixlərinə olan statistikaya əsasən 101 mindən çox insan Aralıq dənizini keçərək Avropaya daxil olub.
Bu keçid zamanı 2297 qaçqın boğularaq həyatını itirib. Qaçqınların 85 faizi İtaliyaya, yerdə qalanları isə Yunanıstan, İspaniya və Kiprə gedib.
Məlumata görə, ötən ilin eyni dövründə Avropaya daxil olan qaçqın sayı 234 min 646 nəfər olub. Həmin 2963 qaçqın dənizdə boğulub.