Teleqraf.com xəbər verir ki, 1996-cı il təvəllüdlü Allahverdiyev Gülməmməd Şahin oğlu bu gün Araz çayının Saatlıdan keçən hissəsində batıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, Böhran Vəziyyətlərində idarəetmə Mərkəzinə, Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanıb.