Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, söhbət heroin hazırlanmasında istifadə olunan kimyəvi maddədən gedir. Maddə Türkiyəyə sirkə turşusu adı altında idxal olunub.
İstanbul Gömrük Mühafizə İdarəsiı dərhal Hollandiyadan bu məhlulu idxal edən iki şirkəti nəzarətə götürüb. Xüsusi itlər sirkə turşusu adı altında gətirilmiş kimyəvi maddələrə dərhal reaksiya verib. Laboratoriya yoxlaması zaman bəlli olub ki, maddə heroin emalında istifadə edilən anhidrit maddəsidir.
Ələ keçirilən 6 tondan çox anhidrit turşusunun bazar dəyəri isə 33 milyon türk lirəsindən çoxdur. Bu kimyəvi maddədən 10 tondan çox heroin emal oluna bilər. İstanbulda tutulan bu narkotik son illər Türkiyədə ələ keçirilən ən böyük partiya hesab olunur.
İstanbul, Ankara və Antalyada keçirilən əməliyyatlarda kimyəvi maddəni idxal edən 2 firma sahibi daxil olmaqla 6 şəxs saxlanılıb.
Əldə olunan informasiya əsasında xüsusi xidmət Hollandiyadan Türkiyəyə gələrək mallara nəzarət edən hollandiyalı Van Der. E. adlı şəxsi qaldığı otelin masaj salonunda həbs edib.