Tanınmış qiraətçi və şair Xəzər Süleymanlı avtomobilinin həbs olunması ilə bağlı Teleqraf.com-a verdiyi açıqlamada belə deyib.
Onun sözlərinə görə, məhkəmə həbsin ləğvi ilə bağlı qərarı DYP-yə göndərməyib: “Maşınımı aparıb cərimə meydançasına qoydular. Məhkəmənin qərarı ilə bağlı sənədləri aparıb şəxsən özüm təqdim etməliyəm. Yalnız ondan sonra maşınımı cərimə meydançasından götürə bilərəm”.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.