“Qarabağ" futbol klubunun azarkeşləri Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edənqatarın 1566 saylı vaqonun zərər vurublar.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Bakı Metropolitenin İstimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev verib.
Nəsimi Paşayev bildirib ki, Azarkeşlər “Qarabağ" futbol klubunun oyunundan çıxıb, "Gənclik" stansiyasında metroya mindikdən sonra əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər.