Teleqraf.com xəbər verir ki, 18 yaşlı idmançının özünü asdığı bildirilir.
Hələ ki, Rəşadın intihar etmə səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasında çıxış etmiş Rəşad Dünyamalıyev iki dəfə Avropa çempionu olub. Dünya çempionatının da mükafatçısı olan Dünyamalıyev sonuncu dəfə 2017-ci ilin aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.